Dünya çempionatı: Azərbaycan cüdoçusu yaponiyalı rəqibinə qalib gələrək bürünc medal qazanıb

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az
xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) bürünc mükafata sahib çıxıb.
O,
üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Toai Haşimaya qalib gəlib.
Bu
gün Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16
finala təsadüf edən ilk görüşdə yenilib.
Yarışa
1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8
finalda məğlubiyyətlə barışmalı olublar.
Qeyd
edək ki, ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar
Quliyev (50 kq) bürünc medal əldə edib.
Turnirdə
fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda
yarışı baş tutacaq.
18:09 28.08.2025
Oxunuş sayı: 955