Naxçıvan cüdoçuları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

Türkiyənin Samsun şəhərində "Uluslararası Karadeniz Judo Şampiyonası" turnirində Naxçıvan cüdoçuları 8 medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, beynəlxalq yarışda məşqçi Xəyal
Qəhrəmanovun rəhbərliyi ilə Naxçıvan Uşaq-Gənclər İdman Məktəbindən 1 qız və 8
oğlan cüdoçu iştirak edib.
Onlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc medala sahib
çıxıb. Əldə olunan medalların sayına əsasən Azərbaycan təmsilçisiləri U-13 yaş
qrupunda birinci, U-15 yaş kateqoriyasında isə üçüncü yeri tutublar.
Yarışda İlham Nəcəfov (2013–2014, 23 kq), Şahin Quliyev
(2013–2014, 26 kq), Ziya Əsədli (2013–2014, 30 kq), Ayaz Əliyev (2013–2014, 30
kq), Pərvin İsmayılov (2013–2014, 38 kq) və Yusif Əsədli (2010–2011, 55 kq)
bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Sübhan Əkbərov (2013–2014, 23 kq) gümüş, Mürsəl Qafarli
(2013–2014, 26 kq) isə bürünc medalla kifayətlənib.
17:00 28.08.2025
Oxunuş sayı: 697