Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.
19:10 11.11.2024
Oxunuş sayı: 5057