Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub

Azərbaycan Tennis və Padel Federasiyası tərəfindən təşkil olunan Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, "Sea Breeze"də
keçirilən yarışda həm kişi, həm qadın idmançılar mübarizə aparıb.
Kişilərin yarışında birinci yeri Yusif Rzayev və Tamerlan
Əzizov, ikinci yeri Rəsul Qocayev və Oleq Zagorodnev, Orxan Manaflı və İlyas Həsənli
cütü isə 3-cü yeri tutublar.
Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və
Sofiya Sokolova birinci ,Mehin Qocayeva və Fatimə İbrahimova ikinci, Billur
Quliyeva və Leyla Almisakova cütü üçüncü olub.
21:25 26.08.2025
Oxunuş sayı: 744