Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, yunan-Roma güləşi üzrə
millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.
90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü
olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də
sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza
atıb.
Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq)
qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc
medal qazanıb.
00:45 25.08.2025
Oxunuş sayı: 726