Londonda yaşayan vokalçı soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsində olub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Londonda yaşayan gənc vokalçı Emin Eminzadə ilə görüş olub.
Crossmedia.az xəbər verir ki, Görüş zamanı Emin Eminzadə ölkəmizi beynəlxalq səviyyədə təmsil etməkdən böyük qürur duyduğunu söyləyib. Azərbaycan musiqisinin və zəngin mədəniyyətinin dünyada təbliğinin öz fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Gələcək planları barədə də məlumat verən soydaşımız, yeni beynəlxalq əməkdaşlıqlar və musiqi layihələri üzərində çalışdığını vurğulayıb.
Qonağa komitə adından “Azərbaycan Musiqisinin İnciləri” adlı kitab hədiyyə olunub.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasında, Britaniya və İrlandiya Müasir Musiqi İnstitutunda (BIMM Institute) magistr təhsili alan Emin Eminzadə 2023-cü ildə İngiltərə dövləti tərəfindən “Global Talent” vizasına layiq görülüb. Hazırda Londonda yaşayan sənətçi Vindzor Musiqi Akademiyasında dərs deyir. ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Malayziya, Qazaxıstan, Türkiyə və digər ölkələrin nüfuzlu televiziya proqramlarına qatılıb və Azərbaycanı təmsil edib. O, beynəlxalq müsabiqələrin, festivalların laureatı və qalibidir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb və adı gənc istedadların “Qızıl Kitab”ına daxil edilib. Onun haqqında müxtəlif nüfuzlu beynəlxalq media orqanlarında məqalələr dərc olunub.
16:37 16.08.2025
Oxunuş sayı: 637