Diplomatik müşavirədə parlament diplomatiyası və strateji kommunikasiya müzakirə olunub

Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda beşinci paneli Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin əsas natiqlər qismində iştirakı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Panel müzakirəsi çərçivəsində parlamentlərarası əməkdaşlığın perspektivləri, parlament diplomatiyasının xarici siyasətdə rolu, xarici siyasətin kommunikasiyası, hibrid təhdidlər və dezinformasiya ilə mübarizədə strateji kommunikasiya, ictimai diplomatiya və süni intellektin kommunikasiyada tətbiqi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
22:10 07.07.2025
Oxunuş sayı: 758