Honq Konqda Kristiano Ronaldoya həsr olunmuş muzey açılıb
Honq Konqda Portuqaliya millisinin və dünya futbolunun ulduzu Kristiano Ronaldoya həsr olunmuş Asiyada ilk və məhdud müddətli muzey fəaliyyətə başlayıb. Muzey ziyarətçilərə futbolçunun həyatını daha yaxından tanımaq imkanı yaradır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ekspozisiyada Ronaldonun qazandığı Ballon d’Or (Qızıl Top), Golden Boot (Qızıl buts) kimi nüfuzlu mükafatlar nümayiş olunur. Həmçinin, ziyarətçilər futbolçunun mum fiquru ilə də foto çəkdirə bilərlər. Muzeyin əsas məqsədi Ronaldonun idman karyerasını və şəxsi nailiyyətlərini nümayiş etdirməkdir.
Futbolçunun komandası isə bu cür muzeyin gələcəkdə Rusiya və ya digər ölkələrdə qurulması ilə bağlı suallara cavab verməyib. Hazırda Honq Konqdakı muzeyin nə qədər müddətə açıq olacağı barədə də rəsmi açıqlama verilməyib.
19:52 07.07.2025
Oxunuş sayı: 623