Netanyahu İrana hücum üçün Trampdan icazə almaq istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə İrana qarşı mümkün hərbi əməliyyatlar üçün əvvəlcədən razılıq almağa çalışacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşrini məlumat verib.
Məlumata görə, Netanyahu ABŞ-dən İranın nüvə obyektlərinə qarşı zərbələr üçün rəsmi “yaşıl işıq” istəyəcək.
Rəsmilər bildirirlər ki, Netanyahu ABŞ-dən Livan ssenarisinə bənzər şəkildə mandat almağa çalışır. Yəni ABŞ və İsrail hərbi təyyarələrinin hücumuna cavab olaraq gələcək hərbi addımlar üçün artıq razılıq verilmiş sayılacaq.
Nigar Rəhimova
14:55 07.07.2025
Oxunuş sayı: 729