İran: İsrail “qırmızı xətti” keçib

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkənin nüvə obyektlərinə hücumunu beynəlxalq hüquqda “qırmızı xəttin keçilməsi” kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS yazıb.
Nazir bildirib ki, bu addım yalnız regionda gərginliyi artırır və beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalmamalıdır.
Qeyd edək ki, son günlər İsraillə İran arasında münasibətlər daha da gərginləşib və bölgədə hərbi eskalasiya riski yüksəlib.
Fatimə Məmmədova
11:48 15.06.2025
Oxunuş sayı: 1030