Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
Görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının İrandan Azərbaycana gəlməsi gözlənilir.
Onların bir qismi bu gün Astara sərhəd-keçid məntəqəsindən quru yolla Azərbaycan gəlib.
İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.
10:56 15.06.2025
Oxunuş sayı: 1096