İran raketləri Hayfadakı neft emalı zavodunu vurdu

Yerli mənbələrin bildirdiyinə görə, İsrailin şimalında yerləşən Hayfa neft emalı zavodu bu gün İranın raket hücumu nəticəsində vurulub. Zavodun vurulduğu barədə məlumatlar hələlik rəsmi təsdiqini tapmasa da, zərbənin İsrailin iqtisadi və hərbi infrastrukturuna ciddi zərbə olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Hayfa zavodu ölkənin benzin, dizel və Hərbi Hava Qüvvələri üçün reaktiv yanacaq daxil olmaqla yanacaq tələbatının yarıdan çoxunu təmin edir.
Strateji obyektin zədələnməsi nəticəsində yanacaq təchizatında çətinliklər və İsrail ordusunun operativ imkanlarında məhdudiyyətlər yaranacağı ehtimal olunur. Analitiklər bu hücumu İsrailin dayanıqlılığına qarşı strateji zərbə kimi qiymətləndirirlər.
Hadisə ilə bağlı hələlik nə İran, nə də İsrail tərəfindən rəsmi açıqlama verilməyib.
10:55 15.06.2025
Oxunuş sayı: 1062