Çin İsraildən hərbi avantürasını dərhal dayandırmağı tələb edir

"Pekin İsraili kəskin tənqid edərək, onu İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaqda ittiham edib".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Çinin nümayəndəsi Fu Konq deyib.
"Çin İsrailin hərəkətlərinin gətirə biləcəyi ciddi nəticələrdən dərin narahatdır. Biz bütün hərbi avantüralara dərhal son qoymağa və eskalasiyanın daha da genişlənməsinin qarşısını almağa çağırırıq", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Pekin həmişə İranın nüvə probleminin dialoq və danışıqlar yolu ilə sülh yolu ilə həllinin tərəfdarı olub və güc tətbiqini, birtərəfli sanksiyaları və dinc nüvə obyektlərinə zərbələri pisləyir.
"Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı kimi İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna tam riayət edilməlidir", - Çin nümayəndəsi vurğulayıb.
09:35 14.06.2025
Oxunuş sayı: 993