IRNA: İran hava hücumu zamanı iki İsrail qırıcı təyyarəsini vurdu

İranın rəsmi xəbər agentliyi IRNA bildirib ki, cümə günü İsrailin İran ərazisinə təşkil etdiyi genişmiqyaslı hava hücumu zamanı İran Silahlı Qüvvələri iki İsrail qırıcı təyyarəsini vurub.
Crossmedia.az xəbər verir ki, agentliyin yaydığı məlumatda deyilir:
“Ən azı iki İsrail qırıcısı İran səmasında vurulub”.
Hadisə ilə bağlı əlavə təfərrüatlar verilməyib. İsrail Müdafiə Ordusu (ÇaHAL) isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama yaymayıb.
Mədinə Cəlilova
00:30 14.06.2025
Oxunuş sayı: 917