Paşinyan: "Ermənistan gələcəkdə iki ittifaq arasında qərar verməlidir"

Ermənistan gələcəkdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə mətbuatına açıqlamasında bildirib.
“Biz başa düşürük ki, eyni vaxtda həm Aİİ, həm də Aİ üzvü ola bilmərik. Aydındır ki, gələcəkdə hansısa anda qərar qəbul etməli olacağıq. Amma çox vacibdir ki, bu qərarı Ermənistan vətəndaşları qəbul etsin – hökumət və parlamentin rəhbərliyi ilə”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, yaxın perspektivdə bu məsələ üzrə qərarın qəbulunu tələb edən kəskin zərurət yoxdur və Ermənistan demokratik islahatları davam etdirəcək.
“Biz Aİ standartlarına maksimum uyğunlaşmaq üçün islahatlarımızı davam etdirəcəyik. Və nə vaxt ki, bu qərar anı yetişəcək, o zaman məsələni ölkənin siyasi gündəminə çıxaracaq və vətəndaşlarımızla birlikdə qərar verəcəyik”, – deyə Ermənistanın Baş naziri əlavə edib.
18:05 13.06.2025
Oxunuş sayı: 954