İsrail geri dönüşü olmayan nöqtəyə çatdığını elan etdi: ehtiyatda olan hərbçilər səfərbər edilir

İrana qarşı həyata keçirilən hava zərbələrindən sonra ölkə “geri dönüşü olmayan bir mərhələyə” keçib.
Crossmedia.az xarici KiV-ə istinadən xəbər verir ki bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyəl Zamir bildirib.
Onun sözlərinə görə, İsrail yaxın günlərdə vəziyyətin daha da gərginləşəcəyini nəzərə alaraq “on minlərlə” ehtiyatda olan hərbçini xidmətə çağırır.
“Biz bu əməliyyatı başlatdıq, çünki artıq zaman yetişmişdi. Gözləmək lüksümüz yoxdur. Bizim başqa seçimimiz qalmayıb”, – deyə Zamir bəyan edib.
General həmçinin əlavə edib ki, tarixdən çıxarılan dərs aydındır:
“Əgər düşmən bizi məhv etməyə çalışırsa, bunu görməzlikdən gəlmək haqqımız yoxdur. Biz varlığımız uğrunda mübarizə aparmalıyıq. Azadlıq ancaq ona layiq olanlara verilir”.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl əməliyyatların bir neçə gün davam edəcəyini açıqlamışdı.
Paytaxt Tel-Əvivdə fövqəladə vəziyyət elan olunub, məktəblər bağlanıb, kütləvi tədbirlər qadağan edilib, müəssisələrə isə fəaliyyətlərini dayandırmaq tövsiyə olunub.
Aybəniz Səfərova
09:58 13.06.2025
Oxunuş sayı: 1072