İsrail Prezidenti: "Əməliyyat xalqımıza qarşı mövcud təhlükəni neytrallaşdırmağa yönəlib"

İsrail Prezidenti İsxak Hersoq bildirib ki, ölkəsinin İrana qarşı başladığı hərbi əməliyyat, “xalqımıza qarşı birbaşa və mövcudluğa təhdid yaradan təhlükəni neytrallaşdırmaq” məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında paylaşım edib.
“İran rejimi qlobal terror imperiyasının başında dayanaraq, regionu radikallaşdırmaq və destabilizə etmək siyasətini davam etdirir. Onlar proksi qruplar vasitəsilə hərəkət edir, eyni zamanda hərbi nüvə potensialını genişləndirir və ballistik raket arsenalını artırır”, – deyə Prezident qeyd edib.
Hersoq həmçinin vurğulayıb ki, İran rəhbərliyi İsrail dövlətini məhv etmək niyyətini gizlətməyib və uzun illər ərzində bu təhdidi reallığa çevirmək üçün hazırlaşıb.
“İsrailin özünü müdafiə etmək hüququ və borcu var. Biz bunu hər zaman qətiyyət və aydın mövqe ilə yerinə yetirəcəyik”, – deyə o, bəyanatını yekunlaşdırıb.
Aybəniz Səfərova
09:38 13.06.2025
Oxunuş sayı: 1238