Rəsmi Tehran: "İsrailin hücumu BMT Nizamnaməsinə ziddir, ABŞ məsuliyyət daşıyacaq"

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələrinə münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, bu hücuma cavab vermək İranın hüququdur:
“Bu təcavüzə cavab vermək BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İranın qanuni və legitim haqqıdır. İran Silahlı Qüvvələri İslam xalqını qorumaq üçün bütün vasitə və gücündən istifadə etməkdən çəkinməyəcək”.
Əraqçi həmçinin qeyd edib ki, İsrailin bu cür irimiqyaslı hücumu ABŞ-nin razılığı və koordinasiyası olmadan mümkün ola bilməzdi: “ABŞ bu əməliyyatın əsas dəstəkçisidir və nəticələrə görə tam məsuliyyət daşıyacaq”.
Aybəniz Səfərova
09:16 13.06.2025
Oxunuş sayı: 1103