İsraildə üç məscidə azanla bağlı cəza tədbiri tətbiq olunur

İsraildə Ramle və Lid şəhərlərində yerləşən üç məsciddə azan səslərinin kəsilməsi məqsədilə polis tərəfindən xüsusi tədbir protokolu hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu addım aşırı sağçı Ulusal Təhlükəsizlik naziri İtamar Ben-Qvirin birbaşa göstərişi ilə atılıb.
Polis rəsmiləri bildiriblər ki, "məscidlərdən səsləndirilən azan əhali üçün narahatedici həddədir və buna görə inzibati tədbirlər görülməsi üçün hesabat hazırlanıb".
Nazir İtamar Ben-Qvir isə məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək bildirib:
"İsrail xalqını narahat edən, məscidlərin səsgücləndiricilərindən yayılan mənasız səs-küyün azaldılması siyasətinə rəhbərlik etdiyim üçün qürur duyuram".
Qeyd edək ki, Ben-Qvir ötən ilin dekabrında da ərəb və yəhudilərin birgə yaşadığı bölgələrdə məscidlərin səsgücləndiricilərinə müdaxilə edilməsini təklif etmiş, bəzi Qərb və ərəb ölkələrində azana məhdudiyyət qoyulduğunu əsas gətirərək İsraildə də bu yöndə addımlar atılmasının tərəfdarı olduğunu bildirmişdi.
23:36 12.06.2025
Oxunuş sayı: 1055