Paşinyan Ərdoğanla görüşəcək: Azərbaycanla sülh məsələsi gündəmdə

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 iyun tarixində Türkiyəyə rəsmi səfər edəcək.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq.
Eyni zamanda, gündəliyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı məsələlərin də daxil edildiyi bildirilir.
Səfərin bölgədə sülh və normallaşma proseslərinə təsiri baxımından diqqətlə izlənəcəyi gözlənilir.
19:18 12.06.2025
Oxunuş sayı: 1212