ABŞ-İran nüvə danışıqlarının növbəti raundu Oslo və ya Muskatda keçirilə bilər

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundunun iyunun 13-də Oslo şəhərində və ya iyunun 15-də Muskatda keçirilməsi nəzərdə tutulur.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid sosial şəbəkə platforması “X”də məlumat verib.
“ABŞ rəsmisi mənə bildirdi ki, ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu ya cümə günü Osloda, ya da bazar günü Muskatda baş tutacaq,” – deyə Ravid yazıb.
Məlumatda danışıqların detalları barədə əlavə açıqlama verilməyib.
Zəhra Ağayeva
12:20 10.06.2025
Oxunuş sayı: 959