Pezeşkian məcburi hicabla bağlı narazılıqlara münasibət bildirdi

İran Prezidenti Məsud Pezeşkian hicab məsələsi və cəmiyyətdəki mövcud baxışlarla bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial hesabında paylaşım edib.
Pezeşkian qeyd edib ki, məcburi hicab məsələsinə cəmiyyətdə fərqli yanaşmalar mövcuddur və bu, zaman-zaman narazılıqlara səbəb olur.
Bununla yanaşı, o, açıq-saçıq geyim və ictimai dəyərlərə laqeyd münasibətin İranın mənəvi prinsipləri ilə uyğun gəlmədiyini vurğulayıb.
“İmam Əlidən (ə) öyrənmişik ki, Allahın razılığı cəmiyyətin razılığı ilə uzlaşmalıdır. Lakin bu, dini və ictimai dəyərlərə zidd davranışların qəbul ediləcəyi anlamına gəlməməlidir”, – deyə Pezeşkian vurğulayıb.
Prezident həmçinin cəmiyyətin sabitliyi və birliyi naminə dini-mədəni dəyərlərə hörmətin vacibliyini xüsusi qeyd edib.
Aybəniz Səfərova
19:34 09.06.2025
Oxunuş sayı: 938