Kolumbiyada güclü zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Kolumbiyada 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Almaniya Yer Elmləri Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Zəlzələ paytaxt Boqotada güclü hiss olunub. ABŞ Geoloji Araşdırmalar Mərkəzi isə təkanların gücünü 6,3 bal olaraq qiymətləndirib.
Təkanlar zamanı binalar silkələnib, paytaxt ətrafında siqnal səs siqnalları eşidilib və əhali təşviş içində küçələrə axışıb. Hazırda itki və dağıntılarla bağlı rəsmi məlumat verilməyib.
Mədinə Cəlilova
21:20 08.06.2025
Oxunuş sayı: 672