Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Bu barədə Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 43 santimetr, Qudiyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 3 santimetr, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 26 santimetr, Kür çayının aşağı axınında Kür-Zərdabda 5 santimetr, Kür-Surrada 10 santimetr, Kür-Bankə və Kür-Şirvanda 8 santimetr, Kür-Salyanda isə 23 santimetr artım qeydə alınıb.
16:09 08.06.2025
Oxunuş sayı: 855