Rusiya Ukraynanın 64 PUA-sını məhv edib

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 64 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, hücumlar dünən axşam saat 23:00-dan bu gün səhər saat 09:30-dək qeydə alınıb.
Nazirliyin məlumatına görə, PUA-lar Moskva, Bryansk, Belqorod, Kaluqa, Tula, Oryol, ilhaq olunmuş Krım və Kursk bölgələri üzərində vurulub. Onlardan 61-i gecə saatlarında, 3-ü isə səhər saatlarında məhv edilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) hücumlar səbəbindən bir sıra hava limanlarında təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu bildirib.
Moskva meri Sergey Sobyanin isə mütəxəssislərin vurulan PUA-ların qalıqlarının düşdüyü ərazilərdə işlədiyini deyib.
13:27 08.06.2025
Oxunuş sayı: 1052