Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır

Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Qeyd olunub ki, İran Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş istənilən addımı alqışlayır və bu məqsədə çatmaq üçün vasitəçi rolunu oynaya bilər.
Siyasətçi Şahbaz Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Pakistanın baş naziri Şahbaz Şərif deyib: “Biz Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqik və müxtəlif sahələrdə qırmızı xətlərimizi vurğulamaqla yanaşı, danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və İranın bu məsələdə vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, dialoqdur”.
09:02 08.06.2025
Oxunuş sayı: 925