İlon Maskdan geri addım

İlon Mask ilə ABŞ prezidenti Donald Tramp arasında gərginlik artdığı bir vaxtda, Mask-dan bu dəfə yeni bir addım gəldi. Amerikalı milyarder sosial şəbəkədə etdiyi “Donald Tramp, Epstein sənədlərində var” paylaşımını sildi.
Crossmedia.az xəbər verir ki, Donald Tramp ilə İlon Mask arasında vergi endirimi layihəsi ilə başlayan böhran sərt mübahisəyə çevrildi.
Müzakirə zamanı milyarder Mask sosial media hesabında “Əsl böyük bombanı partlatmağın vaxtıdır. Donald Tramp Epstein sənədlərində var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur” paylaşımını etdi, lakin sonradan bu paylaşımı sildi.
22:47 07.06.2025
Oxunuş sayı: 1048