Əsir israilli əsgərin atası ABŞ-yə çağırış etdi: “Netanyahunu dayandırın!”

Qəzzada HƏMAS tərəfindən girov saxlanılan israilli əsgər Eytan Hornun atası ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofa ünvanladığı bəyanatla gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Horn ailəsinin nümayəndəsi İsrailin Baş naziri Benyamin Netanyahunun müharibəni uzatmaq siyasətini kəskin tənqid edərək ABŞ-ni bu yanaşmadan imtina etməyə çağırıb.
“Netanyahunun müharibəni uzatmaqla bağlı planlarını bir kənara qoyun və bütün əsirlərin azad olunması, həmçinin müharibənin dayandırılması üçün real təşəbbüs göstərin”.
Aybəniz Səfərova
19:14 07.06.2025
Oxunuş sayı: 824