FIFA futbolda yeni texnologiyalar tətbiq edir

FIFA futbol qaydalarında bir sıra texnoloji yeniliklər tətbiq etməyə hazırlaşır. Qurumun verdiyi məlumata görə, bu dəyişikliklər ilk dəfə olaraq ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında sınaqdan keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
Yeniliklərə əsasən, hakimlər bədənə taxılan kameralarla təchiz olunacaq. Bu kameraların görüntüləri birbaşa televiziya yayımında istifadə ediləcək. Bundan əlavə, VAR sisteminin monitorlarındakı görüntülər stadionun böyük ekranlarında birbaşa yayımlanacaq ki, bu da azarkeşlər üçün şəffaflığı artıracaq.
Ofsayd epizodlarını daha dəqiq təhlil etmək üçün toplara sensorlar yerləşdiriləcək və yeni, təkmilləşdirilmiş yarı-avtomatik ofsayd texnologiyası tətbiq olunacaq.
FIFA-nın Hawk-Eye şirkəti ilə əməkdaşlığı çərçivəsində süni intellekt texnologiyası da işə cəlb olunacaq – matçla bağlı statistik və texniki məlumatlar real vaxtda toplanacaq.
Digər bir yenilik isə əvəzetmə prosedurlarında olacaq: artıq kağız kartlardan istifadə edilməyəcək, onların əvəzinə rəqəmsal planşetlərdən istifadə olunacaq.
Bütün bu dəyişikliklər futbolda texnologiyanın rolunu artırmaq və oyunun gedişatını daha şəffaf və ədalətli etmək məqsədi daşıyır.
Nigar Rəhimova
17:39 07.06.2025
Oxunuş sayı: 731