Tramp İlon Maskla barışmaq istəyir - Ağ Ev gərginliyi azaltmağa çalışır

ABŞ prezidenti Donald Tramp və texnologiya milyarderi İlon Mask arasında yaşanan son gərginlikdən sonra tərəflər barışıq yolları axtarmağa başlayıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, 6 iyuna keçən gecə baş verən kəskin qarşıdurmadan sonra Tramp və onun müşavirləri vəziyyəti yumşaltmaq üçün addımlar atıblar. ABŞ Prezidenti, milyarderlə münasibətlərin daha da gərginləşməsində maraqlı olmadığını bəyan edib. Hətta Trampın müşavirləri vəziyyəti nizamlamaq məqsədilə İlon Maskla şəxsi telefon danışığı təyin ediblər.
Tramp mediaya verdiyi açıqlamada, “Hər şey qaydasındadır” – deyə bildirib. O, həmçinin öz reytinqinin “zirvədə olduğunu” qeyd edərək, narahatlığa əsas olmadığını vurğulayıb.
Müşahidəçilər hesab edirlər ki, Trampın Maskla münasibətləri düzəltmək cəhdi onun yenidən prezidentlik kampaniyası ərəfəsində güclü ictimai dəstəyi qorumağa çalışması ilə bağlı ola bilər. İlon Maskın sosial mediada və texnoloji çevrələrdə təsir gücü nəzərə alındıqda, bu münasibətlərin seçki ərəfəsində Tramp üçün əhəmiyyətli ola biləcəyi vurğulanır.
Fatimə Nəbiyeva
15:28 07.06.2025
Oxunuş sayı: 689