Trampdan sərt sözlər: “Maskla danışmağa dəyməz, o özünü itirib”

ABŞ Prezidenti Donald Tramp İlon Maskla danışmaqda maraqlı olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, Fox News jurnalistinə verdiyi açıqlamada danışıb.
“İlon Maskın siyasi partiya yaratmaq çağırışı məni narahat etmir və mən onunla danışmaq istəmirəm. İlon tamamilə dəli olub”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp və Mask arasında dünən fikir ayrılığı yaşanmışdı.
Mədinə Cəlilova
01:51 07.06.2025
Oxunuş sayı: 1118