Ukraynada Rusiyaya qarşı “hörümçək toru” əməliyyatına rəhbərlik edən şəxs kimdir? - Qəribə faktlar

Britaniyanın nüfuzlu "The Guardian" nəşri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyuka geniş məqalə həsr edib. Məqalədə xüsusilə "Hörümçək toru" adlı əməliyyatdan sonra Malyukun fəaliyyəti diqqət mərkəzinə çəkilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, ukraynalı yüksək vəzifəli rəsmilərdən biri nəşrə açıqlamasında Malyuku belə xarakterizə edib:
“O, buldog kimidir. O, intellektual deyil, düşünmür və tərəddüd etmir. O, məqsədyönlüdür. Amma o, qəddar deyil — bu vacibdir. Bu cür qurumlara rəhbərlik edənlər çox vaxt qəddar olur. Malyuk heç kimə ağrı vermək istəmir, amma bəzən bunun zəruri olduğunu bilir”.
Məqalədə, həmçinin qeyd olunur ki, Malyukun ən böyük uğurlarından biri UTX-nin tərkibindəki rusiyapərəst agent şəbəkələrinin təmizlənməsi olub. Nəşr bununla bağlı qurumun yüksək rütbəli əməkdaşlarından birinin fikirlərinə də yer verib:
“‘Hörümçək toru” əməliyyatının uğur əlamətlərindən biri də məlumatların sızmamasıdır. O, bir çox satqından qurtuldu. Hamısından yox — bu mümkün deyil. Amma çoxundan qurtuldu”.
Qeyd edək ki, "Hörümçək toru" əməliyyatı Ukraynada Rusiya tərəfini dəstəkləyən casus şəbəkələrinin ifşa edilməsi və neytrallaşdırılması məqsədi daşıyırdı. Bu əməliyyat Malyukun rəhbərliyi dövründə UTX-nin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri hesab olunur.
Fatimə Məmmədova
21:13 06.06.2025
Oxunuş sayı: 1108