ABŞ və Cənubi Koreya liderləri qolf oyanacaq

Cənubi Koreya Prezidenti Li Çje Myon və ABŞ lideri Donald Tramp arasında iyunun 6-da ilk telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, liderlər siyasi motivli sui-qəsd cəhdlərini müzakirə edib və gələcək görüşlərdə qolf oynamaq barədə razılığa gəliblər.
Tramp həmkarını ABŞ-yə dəvət edib. Li isə iki ölkə arasında xüsusi müttəfiqlik münasibətlərini vurğulayaraq, tez-tez bir araya gəlməyin vacibliyini qeyd edib.
Tərəflər həm çoxtərəfli platformalarda, həm də ikitərəfli səfərlərdə əlaqələrin gücləndirilməsinə dair razılığa gəliblər. Yeni prezident Li Çje Myon iyunun 4-də vəzifəsinin icrasına başlayıb.
00:46 07.06.2025
Oxunuş sayı: 1081