İran Avropa üçlüyünə xəbərdarlıq etdi: “Qərəziniz cavabsız qalmayacaq!”

İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasında baş verənlərlə bağlı Böyük Britaniya, Fransa və Almaniyanı sərt tənqid edib.
Crossmedia.az ISNA-ya istinadən xəbər verir ki, nazir sözügedən ölkələrin İrana qarşı qərəzli və ədalətsiz yanaşma nümayiş etdirdiyini bildirib:
“Avropa üçlüyü BAEA-da İrana qarşı qərəzli addım atıb. İran hüquqlarının pozulmasına qətiyyətlə reaksiya verəcək”.
Əraqçı Avropa dövlətlərini son 20 ildə Tehranla bağlı məsələlərdə yanlış yanaşma sərgiləməkdə də ittiham edib:
“Görünür, Avropa üçlüyü bu illər ərzində heç bir dərs ala bilməyib”.
Qeyd edək ki, İranla Qərb ölkələri arasında nüvə proqramı ətrafında gedən diplomatik danışıqlar son illərdə dəfələrlə gərginliyə səbəb olub.
19:24 06.06.2025
Oxunuş sayı: 852