Trampın köməkçiləri İlon Maskla dialoqa çağırır, prezident sakitliyini qoruyur

ABŞ Prezidenti Donald Trampın köməkçiləri onun İlon Mask barədə tənqidi fikirlərini yumşaltmağa çalışıblar və bir neçə saat ərzində amerikalı sahibkarla telefon danışığı təşkil etməyi planlaşdırırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, Trampın Ağ Evdəki köməkçiləri “prezidentin Mask barədə açıq tənqidini yumşaltmaq və eskalasiya qarşısını almaq məqsədilə cümə günü milyarder və Tesla şirkətinin rəhbəri ilə telefon danışığı keçirməyi planlaşdırırlar”. Danışıqda kimlərin iştirak edəcəyi açıqlanmayıb.
Qəzet həmçinin Trampın Maskın ona yönəltdiyi tənqidi fikirlərə münasibətini də təqdim edib. Prezident ABŞ “Hər şey qaydasındadır” – deyə bildirib.
“İşlər çox yaxşı gedir, daha yaxşı ola bilməzdi,” – əlavə edib Tramp.
Nigar Rəhimova
16:32 06.06.2025
Oxunuş sayı: 977