Axios: “İsrail ABŞ-ni İranla danışıqlar zamanı addım atmayacağına əmin edir”

Təl-Əviv ABŞ-ni İranla danışıqları davam etdiyi müddətdə heç bir addım atmayacağına əmin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail rəsmilərinə istinadən yazıb.
Məlumata görə, bu mesajı keçən həftə ABŞ rəsmiləri ilə danışıqlar üçün Vaşinqtonda səfərdə olan İsrailin strateji işlər naziri Ron Dermer, “Mossad”ın rəhbəri David Barnier və ölkənin daxili təhlükəsizlik üzrə müşaviri Tzahi Hangbi çatdırıblar.
Görüşdə İsrail rəsmiləri ABŞ tərəfinə qeyd ediblər: “Uğurlu diplomatik həll tapılarsa, hücum etmək üçün heç bir səbəb yoxdur. Ona görə də biz ona vaxt veririk və danışıqların bitdiyi aydın olana qədər gözləyirik".
16:00 06.06.2025
Oxunuş sayı: 846