Cənubi Koreyada prezident seçkilərinin lideri açıqlandı

Cənubi Koreyada keçmiş prezident Yun Sok Yol impiçmentindən sonra keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri açıqlanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə əsas müxalifətçi Demokratik Partiyanın (DP) namizədi Li Jae-Munq qalib gəlib.
Milli Seçki Komissiyasının yaydığı rəsmi nəticələrə əsasən, Li Jae-Munq səslərin 49,42 faizini toplayaraq Xalq Gücü Partiyasının (PPP) namizədi Kim Mun Su-nu (41,15 faiz) qabaqlayıb.
Seçkinin impiçment səbəbindən keçirilmiş növbədənkənar olması ilə əlaqədar, Li Jae-Munq dərhal vəzifəsinin icrasına başlayıb.
01:52 06.06.2025
Oxunuş sayı: 1261