UNEC-də Beynəlxalq Türk Dünyası İqtisad konfransı keçiriləcək




Mayın 16-17-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsinin təşkilatçılığı ilə “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək.
Crossmedia.az bu barədə UNEC-ə istinadən məlumat verir ki , konfransın məqsədi Türk dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də Türk dünyası arasında təcrübə mübadiləsini gücləndirməkdir.
Tədbirin açılış mərasimində UNEC-in rektoru professor Ədalət Muradov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazgan və Özbəkistandan Curatbek Atacanov çıxış edəcəklər.
Konfransın panel iclaslarında “Türk dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarə edilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarliq və startaplar” mövzuları müzakirə olunacaq.
Tədbirdə müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.
14:35 15.05.2025
Oxunuş sayı: 917