“Azərbaycanda elə bir ailə yoxdur ki, Heydər Əliyevin təsiri olmasın” - DEPUTAT

Azərbaycan xalqının ümummilli lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə xalqımız onun zəngin irsini, tarixi xidmətlərini və əvəzsiz liderliyini dərin ehtiramla yad edir. Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolu, dövlətin qurulması və möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Onun həyat və fəaliyyət yolu yalnız Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnəkdir.
Milli Məclisin deputatı Tural Gəncəliyev Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
“Mən Milli Məclisin Xankəndidən olan millət vəkili kimi, milli liderimizin fəaliyyətindəki Qarabağ aspektləri haqqında danışmaq istəyirəm. Heydər Əliyevin, şəxsiyyəti, fəaliyyəti və uzaqgörən siyasəti Azərbaycanda elə bir ailə yoxdur ki, onlara müsbət mənada təsir göstərməsin. Mən Xankəndidə anadan olmuşam. Hazırda Xankəndidə Qarabağ universiteti fəaliyyət göstərir. Hansı ki, 70-ci illərdə Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə onun yerində sələfi olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı fəaliyyətə başladı. SSRİ senzurası və nəzarətinin bu qədər ciddi olduğu bir dövrdə bu addım olduqca cəsarətlə atılmışdı. Qeyd etmək lazımdır ki, insititut Azərbaycan dilində təlim-tədris aparırdı. Mənim atam da bu institutun tarix fakültəsinin məzunudur və bu mənada Milli Liderimiz fəaliyyəti ilə bizim ailəyə də müsbət mənada təsir göstərib. Ulu Öndərimizin fəaliyyətində bu cür nüanslar olduqca çoxdur. Heydər Əliyevin ümümi fəaaliyyətinə baxdıqda da görürük ki, yetəri qədər uğurlu və güclü şəxsiyyət olub. Belə ki, dövrün super güc dövləti olan SSRi-də ilk dəfə bir müsəlman və türk kimi yüksək vəzifəyə təyin olunmuş, təyin olunduqdan sonra da Azərbaycan xalqının rifahı, əmin amanlığı üçün çalışmışdır. Daha sonra Azərbaycana birinci rəhbərliyi dövründə də təkbaşına, Azərbaycanın milli maraqlarına zidd gedən dövlətlərə və torpaqlarımızda gözü olan düşmənlərə qarşı əzmlə mübarizə aparmışdır”.
Ayhan Ağarzayev
12:20 08.05.2025
Oxunuş sayı: 809