Tural Abbaslı: "İqtidar- müxalifət münasibətlərinin yeni forması meydana çıxır"

"Səfərin əhəmiyyətini iki istiqamətdən qiymətləndirmək olar. Birinci istiqamət Qarabağın bərpası ilə bağlıdır. Azad olunmuş ərazilərə gəlmək, buradakı quruculuq işlərini görmək siyasi kimliyindən, peşəsindən asılı olmayaraq hər kəs üçün qürurvericidir. Əlbəttə, bu günləri görmək bizi də sevindirir".
Bunu siyasi partiya nümayəndələrinin Laçına səfəri ilə bağlı Crossmedia.az-ın əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.
"Qarabağla səfərlərlə şəhid və qazilərimizin fədakarlığını bir daha anlayırıq. İkinci bir tərəfdən, belə səfərlər iqtidar- müxalifət münasibətlərinə də təsir edir: qarşılıqlı inkarçılıq prinsipindən imtina olunur. Beləliklə, ünsiyyət yaranır. Həmçinin aylarla görüşə bilməyən siyasilər belə səfərlərdə görüşür, danışa bilirlər. Nəticə etibari ilə 90- cı illərdə əsası qoyulmuş iqtidar- müxalifət düşmənliyi aradan qalxır. Yəni iqtidar- müxalifət münasibətlərinin yeni forması meydana çıxır. Əlbəttə, səfərlərin, dialoqların yeni siyasi konfiqurasiyanın formalaşmasında xüsusi rolu var. Belə səfərlər həm də milli məsələlərdə, o cümlədən Qarabağ məsələsində iqtidarla müxalifət arasında fikir ayrılığının olmamasına dair həm beynəlxalq, həm də daxili auditoriyaya verilmiş mesajdır", - o bildirib.
Kənan Novruzov
18:35 29.04.2025
Oxunuş sayı: 1015