Sabah bu ərazidı qaz olmayacaq - XƏBƏRDARLIQ

Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 30.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.
17:09 29.04.2025
Oxunuş sayı: 635