Ukrayna Avropaya elektrik enerjisi təhlükəsizliyi sahəsində yardım təklif edib

Ukrayna tərəfi Avropa ölkələrinə elektrik enerjisinin kütləvi kəsilməsi risklərinə qarşı yardım təklif edib.
Crossmedia.az rəsmi məlumata istinadən xəbər verir ki, Ukrayna, Rusiyanın enerji infrastrukturuna sistematik hücumları zamanı qazandığı bilik və təcrübəni Avropa ilə bölüşməyə hazırdır.
Ukrayna rəsmiləri qeyd ediblər ki, ölkə enerji şəbəkələrinin bərpası, fövqəladə vəziyyətlərə hazırlıq və enerji sisteminin davamlılığının təmin olunması sahəsində geniş təcrübə toplayıb. Bu təcrübənin Avropa ölkələrinin enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verə biləcəyi vurğulanıb.
Ukrayna tərəfi Avropa İttifaqı və ayrı-ayrı dövlətlərlə əməkdaşlıq çərçivəsində müvafiq texniki məsləhətlərin və praktiki təlimlərin keçirilməsinə hazır olduğunu bəyan edib.
Mədinə Cəlilova
20:17 28.04.2025
Oxunuş sayı: 786