ABŞ-nin nüfuzlu universitetləri Donald Tramp administrasiyasına qarşı birlik yaratdı

ABŞ-də bir neçə aparıcı ali təhsil müəssisəsi Tramp administrasiyasının siyasətinə qarşı ortaq mövqe nümayiş etdirmək qərarına gəlib.
Crossmedia.az xarici xəbərlərə istinadən bildirir ki, ABŞ-nin bir neçə nüfuzlu ali təhsil müəssisəsi ölkə Prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı etirazlarını əlaqələndirmək üçün birlik yaradıb.
Martın ortalarında ABŞ-nin Təhsil Nazirliyi 60 universitetə xəbərdarlıq edərək bildirib ki, yəhudi tələbələri etirazlardan qoruya bilmədikləri təqdirdə, bunun nəticələri olacaq.
Bu xəbərdarlığa altı universitet daxil idi: Braun, Harvard, Yel, Kolumbiya, Kornell və Prinston.
Həmayıl Şükürlü
11:45 28.04.2025
Oxunuş sayı: 856