İran XİN: “Danışıqlar zamanı amerikalıların real fikirlərini öyrənməliyik”

“Snn.ir” saytının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçı Nazirlər Kabinetinin iclasından sonra Tehran-Vaşinqton arasında mümkün danışıqlarla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Əraqçının sözlərinə görə, əgər amerikalılar konstruktiv mövqe nümayiş etdirərlərsə, tərəflər mümkün saziş çərçivəsində danışıqlara başlaya bilərlər:
“Əks halda, ziddiyyətli mövqe ilə bağlı problemlərimiz davam edəcək”, – deyə nazir qeyd edib.
O, ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun İranın uranın zənginləşdirilməsi ilə bağlı fikirlərinə də toxunub:
“Bu müddət ərzində müxtəlif fikirlər eşitdik və Uitkoff indiyə qədər bir neçə modeldən danışıb. Real mövqelər danışıqlar masası arxasında müəyyənləşəcək”, – deyə Əraqçı vurğulayıb.
Mədinə Cəlilova
18:24 16.04.2025
Oxunuş sayı: 1234