Rusiya Federasiya Şurası İranla strateji müqaviləni təsdiqləyib

Bu gün Rusiya Federasiya Şurası İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi təsdiqləyib.
Crossmedia.az bununla bağlı “Tasnim News”-a istinadən xəbər verir.
Məlumata görə, bundan öncə Rusiya Dövlət Duması İranla hərtərəfli strateji əməkdaşlıq müqaviləsini ratifikasiya edib.
Qeyd edək ki, saziş yanvarın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian tərəfindən imzalanıb.
16:00 16.04.2025
Oxunuş sayı: 915