Ərdoğandan İsrailə sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.
Crossmedia.az bildirir ki, o deyib ki, Suriyada davamlı sülh və sabitliyin qarşısını almağa çalışan istənilən tərəf təkcə Suriya hökuməti ilə deyil, eyni zamanda Türkiyə ilə də üz-üzə qalacaq:
“Kim Suriyanın davamlı sülh və sabitliyinə mane olmağa çalışsa, qarşısında yalnız Suriya hökumətini deyil, bizi də tapacaq. Türkiyə elə bir ölkə deyil ki, onun sərhədləri sınağa çəkilsin və ya onunla dostluğa və ya düşmənçiliyə yüngül yanaşılsın”.
Həmçinin Ərdoğan bu açıqlaması ilə Türkiyənin regiondakı rolunu və sərhədlərinin toxunulmazlığını bir daha vurğulayıb.
Fidan Xəlilova
12:30 16.04.2025
Oxunuş sayı: 866