Uitkoff: “İran nüvə proqramını dayandırmalıdır”

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və İslam Respublikası ilə danışıqlarda iştirak edən ABŞ nümayəndə heyətinin rəhbəri Stiven Uitkoff bu gün özünün "X" hesabında yazıb ki, İranla istənilən potensial razılaşma Donald Trampın siyasətinə və yanaşmasına uyğun olmalıdır.
Crossmedia.az xəbər verir ki, o vurğulayıb: "İranla saziş yalnız Tramp razılaşdığı zaman yekunlaşacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifahın əsasını qoymalıdır. Bu o deməkdir ki, İran uranın zənginləşdirilməsi və silah proqramını dayandırmalı və ləğv etməlidir".
11:15 16.04.2025
Oxunuş sayı: 937