Trampın addımları dolların hegemonluğunu təhlükəyə atır

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş tədqiqatçısı Eduard Fişman həmkarları Qautam Ceyn və Riçard Nephev ilə birlikdə ABŞ dollarının beynəlxalq mövqeyi ilə bağlı narahatlıqları gündəmə gətiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, ABŞ prezidenti Donald Tramp dolların beynəlxalq rezerv valyutası statusunu qorumaq məqsədilə müxtəlif təzyiq vasitələrinə əl atıb. O, dollardan intina edən ölkələri 100 faiz tariflə hədələyib.
Lakin ekspertlərin fikrincə, bu cür sərt tədbirlər digər ölkələri alternativ valyutalara keçməyə təşviq edə və dedollarizasiya prosesini sürətləndirə bilər.
Bundan əlavə, Tramp administrasiyası dolların məzənnəsini aşağı salmaq və ABŞ ixracını artırmaq üçün müəyyən iqtisadi siyasətləri nəzərdən keçirib.
Qeyd edək ki, bu addımlar inflyasiya riskini artırmaqla yanaşı, dolların sabitliyinı və qlobal etibarını sarsıda bilər.
Nigar Rəhimova
16:02 14.04.2025
Oxunuş sayı: 1151