Fransa: “İran-ABŞ nüvə danışıqları Avropanın maraqlarına uyğun olmalıdır”

Bu gün Fransanln xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, ölkəsi Britaniya və Almaniya ilə birlikdə Tehran-Vaşinqton danışıqlarının Avropanın təhlükəsizlik maraqlarına uyğun olması üçün nüvə müzakirələrini yaxından izləyəcək.
Bununla bağlı Crossmedia.az fransa mediasına istinadən məlumat verir.
Məlumata görə, Fransa XİN rəhbəri Tehran və Vaşinqton arasında davam edən danışıqlarda Avropa maraqlarının qorunmasının vacibliyini vurğulayıb.
“Biz Britaniya və Almaniya, dostlarımız və tərəfdaşlarımızla birlikdə İran və ABŞ arasında baş tuta biləcək hər hansı danışıqların Tehranın nüvə proqramı ilə bağlı təhlükəsizlik maraqlarımıza uyğun olmasını təmin etmək üçün ayıq-sayıq qalacağıq", - Barrot vurğulayıb.
Nuray Mikayıllı
16:00 14.04.2025
Oxunuş sayı: 828