Zelenski Trampı Ukraynaya çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampı özünün "sülh planını" həyata keçirməzdən əvvəl Ukraynaya gəlməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Tramp hər hansı qərar qəbul etməzdən və danışıqlar planı qurmazdan əvvəl "burada nə baş verdiyini anlamalıdır".
"Gəlin, baxın, sonra sülh planı ilə irəliləyək. Onda siz kiminlə razılaşma etdiyinizi anlayacaqsınız. Putinin nə etdiyini başa düşəcəksiniz", – Zelenski deyib.
10:20 14.04.2025
Oxunuş sayı: 687